İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sərhədi yaxınlığında itən Norveç əsgərləri TAPILDI

Finmark əyalətində keçirilən hərbi təlimlər zamanı itkin düşən Norveç əsgərlərinin hamısı tapılıb.

Musavat.com xəbər verir ki, əsgərlərin bir qismi təkbaşına nəzarət-buraxılış məntəqəsinə çatmış, digər bir qismi isə radio vasitəsilə Finlandiya sərhədində olduqlarını bildiriblər.

Onların geri alınması üçün Norveç silahlı qüvvələri əməliyyat aparıb.

Əməliyyat komandiri Eyvind Conson Holsbrekken bildirib ki, əsgərlərin tibbi yardıma ehtiyacı yoxdur.

Xatırladaq ki, 3 oktyabr səhər saatlarında Finmarkanın şimal bölgəsində beş Norveç əsgəri itkin düşmüşdü. İlkin olaraq 10 əsgərin itkin olduğu bildirilsə də, axtarış əməliyyatı zamanı beşi tapılmışdı. İşçi qrupunun rəhbəri Haukland Hansen qeyd edib ki, itkin düşmənin səbəbləri arasında görüş vaxtının səhv başa düşülməsi və ya planlaşdırılandan daha uzun müddət təlimdə qalmaq ehtimalı yer alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR