İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağlı olaraq köməyə hazıram" - Günel Zeynalova

Türkiyədə yaşayan müğənni Günel Zeynalova İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, sənətçi Qəzzada aclıqdan əziyyət çəkən uşaqlara hər zaman dəstəyə hazır olduğunu bildirib:

"Mənim kimi yardıma könüllü insanların çox olması vacibdir. Qarabağlı, ağdamlı bir atanın qızı olaraq 30 il soyqırımı, işğalı, acıları yaşamış, torpaqlarımızın azad olunacağına inanaraq gözləmiş biriyəm. Nəhayət bu arzularımıza qovuşduq, amma çox sayda şəhid verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağlı bir vətəndaş olaraq hər zaman köməyə hazıram. Uşaqlar üçün, insanlıq naminə əlimdən gələni etməyə hazıram. Azərbaycanımın adından getməyə könüllüyəm".

Qeyd edək ki, İsrail hərbçiləri Qəzza sahillərinə humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib. Gəmidə çoxlu sayda türk fəalları da olub.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR