İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukrayna və Rusiyanı bir araya gətirir - TAXIL DİALOQU!

Sabah Türkiyədə Rusiya və Ukrayna nümayəndələri BMT və Türkiyə aracılığı ilə Ukrayna taxılının daşınması məsələsini müzakirə edəcəklər. Bu barədə “İnterfaks” agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Pyotr İlyiçev məlumat verib.

Ukrayna tərəfinin də danışıqlara qatılacağınə bildirən XİN rəsmisi Rusiyanın yeganə tələbinin taxıl əvəzinə Ukraynaya silah daşınmasının qarşısını almaq üçün gəmilərin yoxlanma imkanının yaradılması olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə may ayından İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasını təmin etmək üçün xüsusi mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edib. Mərkəzdə Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri birgə fəaliyyət göstərməlidilər.

Xatırladaq ki, Ukrayna tərəfinin məlumatına əsasən müharibə səbəbindən ölkədən ixrac olunmayan taxılın həcmi 20 milyon tona yaxındır. Artıq ölkədə yeni məhsulun toplanmasına da başlandığına görə anbarların ən qısa müddətə boşalması lazımdır. Eyni zamanda Ukrayna taxılının əsas alıcıları olan Afrikanın kasıb ölkələri də aclıq təhlükəsi ilə üzləşiblər

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR