İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.

Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova D.Lubinets və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR