Onlayn ictimai-siyasi qəzet
Moldovanın Qaqauz Muxtar Respublikası təbii qazı ölkənin digər əraziləri ilə müqayisədə 50 faiz ucuz alacaq.
Musavat.com xəbər verir ki, bu barədə muxtariyyətin rəhbəri Yevgeniya Qutsul məlumat paylaşıb.
"Qaqauz sakinləri üçün qaz bir neçə dəfə ucuzlaşacaq: 1 kubmetr üçün 10 lev (0,5 avro). Türkiyə şirkəti Avropanın qaz təchizatı sistemindən birbaşa qaz almaq üçün iri avropalı treyderlə müqavilə imzalayıb. Şirkət öz növbəsində, bu qazın xüsusi qiymətə çatdırılması üçün Moldovanın lisenziyalı operatoru ilə müqavilə imzalayıb” - o bildirib.
Qeyd edək ki, Moldova ötən ildən “Qazprom”un ölkəyə qaz nəqlini 30 faiz azaltması üzündən enerji problemləri yaşayır. Ölkənin Dneprin sağ sahilində yerləşən hissəsi qazı Avropa bazarından, solda yerləşən separatçı Dnestryanı bölgə isə Rusiyadan alır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ