İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə səfiri Azərbaycan Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasından Musavat.com-a verilən məlumata görə, qurumun sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının yeni İdarə Heyətinin formalaşdırıldığını xatırladıb. O, qeyd edib ki, bu heyət kifayət qədər çoxşaxəli fəaliyyətə üstünlük vermək əzminə malikdir.

R.Məcid Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrin mediasına da ciddi şəkildə sirayət etdiyini vurğulayıb və bundan məmnunluğunu dilə gətirib. Şura sədri MŞ-nin həm qardaş ölkənin jurnalist təşkilatları ilə fərdi əlaqələrə, həm də ayrı-ayrı media qurumları ilə Azərbaycanın kütləvi informasiya vasitələrinin təmaslarının gücləndirilməsinə çalışacağını vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb. O, Mətbuat Şurasının rəhbərlik etdiyi diplomatik missiya ilə hər zaman sıx əməkşdalıqda olduğunu xatırladıb. Bu əməkdaşlığın bundan sonra da faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

753b3a83-2307-431a-b113-fbf66bebfc12.jpg (250 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR