İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə sahillərində gəmidə yanğın olub, ölən və xəsarət alanlar var - FOTO

Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldürüldüyü güman edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin təfərrüatları araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR