İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiya ilə ticarəti 100 milyard dollara çatdırmaq niyyətindədir

Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 2028-ci ildə 100 milyard dollara yüksələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Türkiyə-Rusiya İş Birliyinin rəhbəri İzzət Ekmekçibaşı məlumat verib.

"2028-ci ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsi 100 milyard dollara çata bilər. Bu il ikitərəfli ticarətin həcminin 70-75 milyard dollara çatacağı gözlənilir” - o deyib.

Ekmekçibaşının sözlərinə görə, ötən il Türkiyə-Rusiya ticarət dövriyyəsi təqribən 55 milyard dollar təşkil edib: “İndi yüksəliş tendensiyası müşahidə olunur”.

Qeyd edək ki, Rusiya-Türkiyə ticarətinin mühüm hissəsi enerjidaşıyıcıları xüsusilə təbii qazdan ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR