İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə qərarlıdır, 2053-cü ilə qədər sıfır emissiya hədəfinə nail olacaq

“Son 50 ildə iqlim və ya su ilə bağlı 11 mindən çox fəlakət yaşanıb. 2 milyon insan həyatını itirib, dünyaya 4,5 trilyon dollarlıq iqtisadi zərər dəyib”.

Musavat.con xəbər verir ki, bunu Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Bakıda COP29 ə çərçivəsində ölkəsinin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni “yol xəritəsi”ni təqdim edərkən deyib.

Nazir Türkiyənin gerçəklərə səsiz qalmadığını vurğulayıb: “Ölkəmiz daşıdığı dəyərlər və coğrafi baxımından dünyanın vicdan və elm mərkəzidir. İnsanlıq üçün, ortaq evimiz üçün var gücümüzlə çalışırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın da dünyaya elan etdiyi kimi, 2053-cü ilə qədər sıfır emissiya hədəfi bu qərarlılığımızın əsas göstəricisidir. Yol xəritəmizi də buna uyğun olaraq hazırlamışıq".

Nazir əlavə edib ki, hazırlıq 2 il ərzində dövlət qurumları, özəl sektor, QHT-in dəstəyi ilə görülüb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR