Onlayn ictimai-siyasi qəzet
Çinin Qansu əyalətində güclü leysan yağışların yaratdığı daşqınlar nəticəsində 10 nəfər həlak olub, 33 nəfər isə itkin düşüb.
Musavat.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Çin prezidenti Si Cinpin itkin düşənlərin tapılması üçün bütün resursların səfərbər edilməsini əmr edib.
“Avqustun 7-dən yağan davamlı yağışlar daşqınlara səbəb olub. Avqustun 8-i saat 15:30-a olan məlumata görə, 10 nəfər həlak olub, 33 nəfər itkin düşüb”, – məlumatda bildirilir.
Hazırda itkin düşən şəxslərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, keçən ay Pekinin şimalında yağan güclü yağışlar nəticəsində 44 nəfər həyatını itirmiş, ən çox ziyan paytaxtın kəndətrafı ərazilərinə dəyib.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ