İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə CİDDİ XƏBƏRDARLIQ - Risk altındasınız, diqqət etməsəniz...

Maqnezium çatışmazlığı bu gün bir çox insanda rast gəlinən ümumi sağlamlıq problemidir və bu, həm ürək, həm də immunitet sisteminə mənfi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, türkiyəli həkim Mecit Baharın xəbərdarlığına görə, bu mineralın azlığı hipertoniya, koronar arteriya xəstəliyi, aritmiya, 2-ci tip diabet və digər ciddi xəstəliklərin inkişaf riskini artırır.

Onun sözlərinə görə, maqnezium çatışmazlığı zəiflik, yorğunluq və müxtəlif xəstəliklərin ilkin əlaməti ola bilər.

Orqanizmdə həyati rolu var

Maqnezium bədəndə təxminən 300-dən çox enzimatik reaksiyanın tənzimlənməsində iştirak edir, hüceyrə metabolizmasını idarə edir və bir çox həyati funksiyalarda mühüm rol oynayır. Sinir siqnallarının ötürülməsi, əzələ hərəkətləri, qan təzyiqinin balansı, qlükoza mübadiləsi və sümük sağlamlığı maqneziumdan asılıdır. Bu mineral həmçinin ürək-damar sistemi və immunitetin möhkəmlənməsi üçün də vacibdir.

Gündəlik maqnezium tələbatı kişilərdə 400-420 mq, qadınlarda 310-320 mq-dır. Hamilə qadınlarda isə bu göstərici 350-400 mq-a qədər artır.

Hansı xəstəliklərə səbəb ola bilər?

Dr. Baharın sözlərinə görə, araşdırmalar maqnezium çatışmazlığının hipertoniya, ürək xəstəlikləri, tip 2 diabet, osteoporoz, miqren, narahatlıq, depressiya, astma və premenstrüel sindromla əlaqəsini ortaya qoyub.

Maqnezium səviyyəsi aşağı olduqda aşağıdakı əlamətlər meydana çıxa bilər:

Əzələ krampları

Baş ağrısı

Əsəbilik

Yuxu pozğunluğu

Ürək ritmində dəyişikliklər

Ətraflarda keyimə və qıcıqlanma hissi

Necə diaqnoz qoyulur?

Çatışmazlıq adətən qan testi ilə müəyyən edilsə də, bu test hər zaman bədəndəki ümumi maqnezium miqdarını dəqiq göstərmir. Dr. Bahar diaqnozun eritrosit maqnezium səviyyələri, yükləmə testləri və kliniki qiymətləndirmə ilə təsdiqlənməsinin vacibliyini vurğulayıb.

Qida mənbələri və əlavələr

Maqnezium ehtiyacını qarşılamaq üçün yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, toxumlar, paxlalılar, tam taxıllar, avokado, tünd şokolad və bəzi balıq növləri rasiona daxil edilməlidir.

Çatışmazlıq diaqnozu qoyulan şəxslərə maqnezium əlavələri tövsiyə oluna bilər, lakin bu, yalnız həkim nəzarəti altında edilməlidir. Çünki həddindən artıq maqnezium qəbulu ishal, aşağı qan təzyiqi, yavaş ürək döyüntüsü və əzələ zəifliyi kimi yan təsirlər yarada bilər.

Xüsusilə idmançılar və isti havada açıq havada işləyən şəxslər daha çox tərlədikləri üçün maqnezium itkisinə məruz qalır və bu zaman əlavə qəbul zəruri ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR