İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidenti: “F-16-ların tədarükü üçün çalışırıq, ABŞ məsələyə müsbət yanaşır"

“F-16 qırıcılarının tədarükü üçün çalışırıq”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında strateji əlaqələr var: “Sammit çərçivəsində görüşümüz də çox məhsuldar oldu. 1 saatdan çox danışdıq. ABŞ Prezidenti Cozef Bayden F-16-ların tədarükünə müsbət yanaşır”.

Ərdoğanın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri səviyyəsində təmaslar davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR