İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə pomidor ixracından gəlirlərini kəskin artırıb

Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu ixracdan ölkə istehsalçıları 326 milyon dollar gəlir əldə ediblər.

Ötən ilin eyni dövründə Türkiyənin pomidor ixracı 247,6 milyon dollarlıq 287,1 min ton olmuşdu.

Bu ilin birinci yarısında Türkiyə pomidorlarını 48 ölkə alıb. Onların arasında ən böyük alıcı 60,8 milyon dollarla Rumıniyadır. Ondan sonra 51,3 milyon dollarla Ukrayna, 38,6 milyon dollarla Polşa, 35,3 milyon dollarla Almaniya gəlir.

2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda 29,563 milyon dollarlıq məhsul satılıb.

Xatırladaq ki, 2015-ci ildə məlum təyyarə olayından sonra Rusiya Türkiyədən pomidor idxalını tamamilə dayandırmışdı. İdxal 2017-ci ildə kvotalarla bərpa olundu. Ondan bəri kvota illik 50 min tondan 250 min tona qədər artırılıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi onun 500 min tona qədər artırılmasına dair qərar layihəsi hazırlayaraq hökumətə təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR