İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə PA rəsmisi: "Qarabağ savaşında jurnalistlər qara piarın qarşısını aldı"

İkinci Qarabağ müharibəsində jurnalistlərimiz düşmənin qara təbliğatına qarşı dirəniş göstərdi və əks arqumentlər ortaya qoyaraq bu savaşın önündə yer aldılar.

Musavat.com Trend-ə istinadən bildirir ki, bunu oktyabrın 27-də Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Beynəlxalq Jurnalistika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibələr, təəssüf ki, günümüzün acı gerçəkləridir: "Kaş ki, müharibələr olmazdı, müharibə jurnalistikası ilə bağlı da təlimlərə gərək qalmazdı. Müharibə günümüzün aktual məsələsi olduğu üçün bu sahədə jurnalistlər də müəyyən qədər biliklərə sahib olmalıdırlar. Bir jurnalist üçün müharibə təxribatlarına uymamaq təməl prinsip olmalıdır. Müharibədə yazılacaq hər yazı, çəkiləcək hər foto bəzən müharibənin gedişini dəyişdirə bilir. Ona görə jurnalistlər öncə müharibənin nə olduğunu və nə üçün edildiyini bilməlidirlər. Jurnalist yazılarında müharibəni qızışdıran deyil, barışdırıcı ifadələr işlətməlidir, - F.Altun deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR