Onlayn ictimai-siyasi qəzet
Türkiyənin energetika naziri Alparslan Bayraktar Diyarbəkirdə neft hasilatına başlamaq planlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, bu addım ölkənin artan enerji tələbatını ödəmək və daxili istehsalı artırmaq məqsədini daşıyır.
Bayraktar qeyd edib ki, eyni metod Trakya bölgəsində təbii qaz kəşfiyyatı üçün də tətbiq olunacaq.
Onun sözlərinə görə, Türkiyənin enerji tələbatının növbəti 30 il ərzində təxminən üç dəfə artacağı proqnozlaşdırılır və bu, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün davamlı səyləri zəruri edir.
Diyarbəkirdə şist neftinin hasilatı ABŞ-ın "Continental Resources" şirkəti ilə 2025-ci ilin mart ayında imzalanmış müqavilə çərçivəsində həyata keçiriləcək. Hesablamalara görə, bölgədə təxminən 6,1 milyard barel neft potensialı mövcuddur ki, bu da Türkiyənin enerji idxalından asılılığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Musavat.com
05 Noyabr 2025
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ