Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Polşada saxlanılan rusiyalı aktivist İqor Roqov – “Açıq Rusiya” hərəkatının keçmiş koordinatoru və Aleksey Navalnının Saransk qərargahının sabiq əməkdaşı – Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etdiyini etiraf edib.
Roqov ifadəsində bildirib ki, o, xaricdə yaşayan rusiyalı müxaliflər barədə məlumat toplayaraq FTX-dəki kuratoruna ötürüb. Onun sözlərinə görə, “sadəcə mühacirlərlə ünsiyyət qurur və hər şeyi FTX-ə çatdırırmış”, bu fəaliyyəti isə “pislikdən çox xeyir gətirən iş” kimi dəyərləndirib.
İstintaqın məlumatına əsasən, 2024-cü ilin yayında Roqov FTX-ə təkcə müxaliflər barədə deyil, həm də Polşada mühacirlərə yardım edən təşkilatlar, Polşa Xarici İşlər Nazirliyinin əməkdaşları və polyak dili müəllimləri barədə məlumat ötürüb. O, topladığı məlumatları fləşkarta yazaraq Rusiyaya gedən həyat yoldaşına verib.
Polşa hakimiyyəti həmçinin Roqovu bomba komponentlərinin aşkarlandığı poçt bağlaması ilə əlaqələndirir. İndi ona və həyat yoldaşı İrinəyə qarşı səkkiz ildən ömürlük həbsədək cəza istənilir.
Mətbuat yazır ki, Roqov 2022-ci ilin yazında Polşaya köçüb, özünü müxalif fəal kimi təqdim edib və hətta Putinə qarşı mitinqlər təşkil edib.
İstintaqın versiyasına görə, o, hələ Rusiyada olarkən FTX tərəfindən ələ alınıb. Roqovun həyat yoldaşı isə ifadəsində ərinin FTX əməkdaşı Yevgeni adlı şəxsə bağlılığından yalnız onun başqa bir mühacirlə münasibəti olduğunu öyrəndikdən sonra xəbər tutduğunu bildirib.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ