Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Serbiyada istehsal edilən mərmilərin rus hərbçilərinə qarşı istifadə olunması ilə bağlı mövqeyini açıqlayıb.
Peskov bildirib ki, Rusiya belə bir halın baş verməsini istəməzdi və bunun xoşagəlməz vəziyyət olduğunu qeyd edib.
Onun bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İstifadəçilərdən bəziləri sərt tonda cavab verərək, “Onda baxmayın, problem nədir? Yoxsa Kreml cəbhədən gələn videolarda Putinin ‘oğlanlarının’ özlərini ‘denasifikasiya’ etməsinə baxmaqdan zövq alır?” kimi ifadələr səsləndiriblər.
Məsələ ilə bağlı Serbiya prezidenti Aleksandar Vuçiç də açıqlama verib. O bildirib ki, bu məsələ “heç bir şəxsi münasibətlə əlaqəsi olmayan sırf iqtisadi məsələdir”:
“Bu sadəcə iqtisadiyyatdır. Müdafiə sənayesi müəssisələrində çalışan insanlar da dolanmalıdır. Silah və sursata böyük tələbat var, onu görməməzlikdən gəlmək mümkün deyil”.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ