İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətəndaş müqaviləsi” seçki qərargahını qurdu

“Vətəndaş müqaviləsi”nin İdarə Heyəti 2026-cı il seçkilərində partiyanın seçki qərargahına rəhbərlik edəcək şəxsi açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Paşinyanın seçki kampaniyasına Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan rəhbərlik edəcək, təşviqat işlərinə isə Vahan Aleksanyan cavabdeh olacaq.

“Məlum olur ki, qərargahın digər üzvləri də, nadir istisnalarla, Nikol Paşinyanın ən çox etibar etdiyi şəxslərdir. Məsələn, maliyyə məsələlərinə cavabdeh kimi Paşinyan ailəsinin “xəzinədarı”, “Haykakan Jamanak” qəzetinin keçmiş mühasibi Arusyak Manavazyan təyin edilib. Regionlara cavabdeh şəxs Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan olacaq. İrəvana cavabdeh şəxs isə mer Tiqran Avinyandır. “Vətəndaş müqaviləsi” daxilində onunla Paşinyan arasında münasibətlərin o qədər də isti olmadığı bildirilir”, - deyə qəzet qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR