İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankından gözlənilməz QƏRAR

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) növbəti iclası keçirilib.

Musavat.com xəbər verir ki, TMB-nın Pul siyasəti komitəsi iclasda uçot dərəcəsini 3,5 faiz bəndi artıraraq 42,5 %-dən 46 %-ə qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Mərkəzi Bankı martda uçot dərəcəsini 45 %-dən 42,5 %-ə endirib.

Məlumata görə, Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarında da kəskin azalma olub. Belə ki, TMB-nın ümumi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6 milyard 773 milyon dollar azalaraq 11 aprel həftəsində 147 milyard 488 milyon dollara enib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR