Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizi bütün tərəflərin, xüsusilə Azərbaycan, Ermənistan və İranın maraqlarına cavab verəcək strateji dəhlizdir. Türkiyə mətbuatı yazır ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edərkən deyib.
Musavat.com bildirir ki, yuxarıdakı açıqlamanı erməni mediası tirajlayıb. Erməni mətbuatında daha sonra cənab Ərdoğanın dedikləri barədə bunlar yer alır: “O (R.T.Ərdoğan-M.) qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bütün tərəflərin maraqlarına xidmət edir. Onun sözlərinə görə, Türkiyə regional və qlobal məsələlərlə bağlı fəal siyasət yürütməyə davam edəcək”.
Son zamanlar Ermənistanda “Zəngəzur dəhlizi” ifadəsi xeyli populyardır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ