Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Musavat.com xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxunub.
Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlanıb.
Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ