Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı öz ərazisinə bütün mənbələrdən polad idxalına 50% rüsum tətbiq etməyə hazırlaşır. Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın Financial Times (FT) qəzeti Brüsseldəki mənbələrə istinadən yayıb.
Aİ rəsmisi qəzetə bildirib ki, belə tarif tətbiq olunmasa, birliyin polad sənayesi iflas edəcək.
Britaniya polad istehsalçılarının müdafiəsi ilə məşğul olan UK Steel-in baş direktoru Gareth Stace qeyd edib ki, Böyük Britaniyanın polad ixracının 80 faizinin Aİ ölkələrinə getdiyini nəzərə alınsa, Aİ-nin tarif tətbiqi Böyük Britaniya iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcək. görə də o, Londonu Brüsseldən istisna almağa çağırıb, bildirib ki, əks halda “Britaniya istehsalçılarını fəlakət gözləyir”.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ