Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədini açmalıdır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində ölkənin təhlükəsizlik sisteminin gələcəyini qısa və uzunmüddətli perspektivdə necə gördüyü barədə sualı cavablandırarkən bildirib.
Bu kontekstdə Paşinyan regionda aqressiya səviyyəsinin azaldılmasının vacib olduğunu vurğulayıb.
“Aydındır ki, bizim Gürcüstan və İranla xüsusi, dərin münasibətlərimiz var və mən hesab etmirəm ki, uzunmüddətli perspektivdə Türkiyə ilə də diplomatik əlaqələr qurmalı və quru sərhədini açmalıyıq”.
Paşinyan Türkiyədə Ermənistana münasibətdə dəyişikliklərə də diqqət çəkərək, hər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların vacibliyini vurğulayıb. Hələlik əhəmiyyətli praktik nəticələr əldə edilməsə də, baş nazir Ermənistanla Türkiyə arasında kommunikasiyanın davam etməsini vacib sayıb.
Xatırladaq ki, 2021-ci ilin sonunda İrəvan və Ankara münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlayıb. 2022-ci ildə Vyanada üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinin mümkünlüyü və birbaşa hava nəqliyyatı ilə yük daşımalarının başlanması ilə bağlı razılıq əldə olunub, lakin məsələ həllini tapmayıb.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ