İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhan arasında videoformatda görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, S.Babayev Azərbaycan və Türkiyə arasında münasibətlərin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını, ikitərəfli əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb.

O, Azərbaycan və Türkiyənin birgə səyləri ilə ərsəyə gəlmiş regional layihələrin regionda sülh, təhlükəsizlik və rifaha mühüm töhfə verməkdə olduğunu deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycana verdiyi dəstəyin ölkələrimiz arasında sarsılmaz birliyi dünyaya bir daha nümayiş etdirdiyini bildirib.

V.İşıkhan hər zaman bir-birinin yanında olan iki qardaş ölkənin bütün sahələrdə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğunu bildirib. Əmək və sosial müdafiə sahəsində də əlaqələrin inkişafı istiqamətində mühüm addımların atıldığı, əməkdaşlığın müqavilə-hüquq bazasının genişlənməsi üçün işlərin aparıldığı qeyd olunub.

Görüşdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, əldə olunan nailiyyətlər qeyd edilib.

Sosial sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün görülən işlər və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İki nazirlik arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin gələn ay Bakıda keçiriləcək 5-ci konfransına, Təşkilatın Bakı şəhərində təsis olunacaq Əmək Mərkəzinə, pensiya təminatı sahəsində hazırlanmış əməkdaşlıq sənədi layihəsinə dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR