İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği açıqlanıb

Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16, Azərbaycandan Türkiyəyə isə 20 milyard ABŞ dolları sərmayə qoyulub.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

XİN başçısı hazırda Azərbaycanda 4 mindən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb.

“Hazırda yeni layihələr üzərində iş gedir. Azərbaycan qazının Türkiyə və Avropaya ixrac həcminin artırılması istiqamətində işlər gedir. Qazımızın ixrac coğrafiyasının növbəti illərdə genişlənəcəyini güman edirik”, - C.Bayramov əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR