Onlayn ictimai-siyasi qəzet
Moldovada keçirilən U15 ağır atletika üzrə Avropa çempionatında Türkiyənin Dövlət Himninə hörmətsizlik edilib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovda keçirilən çempionatda erməni hakim Nazik Avdalyan medalların təqdim edilməsi mərasimində Türkiyənin İstiqlal Marşı oxunarkən nəinki hörmət əlaməti olaraq ayağa qalxıb, önəm verməyərək telefonu ilə məşğul olub. Bununla da erməni hakimin vəzifəsi əsas hakimlikdən köməkçi hakimliyə endirilib.
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ