Onlayn ictimai-siyasi qəzet
Türkiyə Futbol Federasiyası VAR hakim ilə bağlı yeni qərar qəbul edib.
Türkiyə Futbol Federasiyası İdarə heyətinin və Klublar birliyinin qərarına əsasən futbol oyunlarına “XARİCİ VAR HAKİM” təyin ediləcək.
Bu barədə Manset.az-a açıqlamasında tanınmış jurnalist və qazeteci Murat Özbostan məlumat verib.
O, qeyd edib ki, bununla bağlı qərarın növbəti həftə mediaya açıqlanacağı gözlənilir.
Qeyd edək ki, son günlər Türkiyə futbolunda hakimlərlə bağlı qalmaqallar yaşanır. Onların futbol oyunlarında təlimatla qərar verdikləri qeyd edilib./Manset.az-/
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ