İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “fühuş baronessası”nı Özbəkistana deportasiya edib

Özbəkistan vətəndaşı Nilufər Mirxanova Türkiyədə qanunsuz olaraq əxlaqsızlıq yuvalarını müxtəlif ölkələrdən olan fahişələrələ təmin etdiyi üçün saxlanılıb.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, “fühuş baronessası” adlandırılan qadın İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olub.

Türkiyənin “Haberler” nəşrinin xəbərinə görə ki, “Madam Klod” kimi də tanınan Mirxanova qadın alverində ittiham olunur.

İstintaq materiallarında göstərilir ki, “baronessa” Rusiya, Belarus, Qırğızıstan, Türkmənistan və Özbəkistandan qadınlarə Türkiyəyə qanunsuz olaraq aparıb. Müştərilərə intim xidmət göstərən qadınlar vasitəçilər vasitəsilə müxtəlif fahişəxanalara satılıb.

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Mirxanovanı Çanaqqala vilayətinin Ayvacık şəhərindəki evində saxlayıblar. O, deportasiya olunmaq üçün repatriasiya mərkəzinə aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR