İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə F-35 üçün ödədiyi pulu geri alacaq

Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“F-35 üçün pul və öz töhfəmizi verdik, amma pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu, lakin CAATSA doğru deyil”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Türkiyənin ABŞ-dən F-35 qırıcıları layihəsinə yatırılan vəsaitin Ankaraya qaytarılmasını, həmçinin Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 5 təyyarənin təhvil verilməsi məsələsinə konstruktiv yanaşma gözlədiyini demişdi.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR