İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə embarqoları bir-bir aşır - İLK GÖRÜNTÜLƏR

Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Dəmir bu il istifadəyə veriləcək, İstanbulda fəaliyyət göstərəcək Helikopter Yakalama və Transfer Sistemini tanıdan video paylaşıb.

Musavat.com xəbər verir ki, Dəmir Türkiyənin embarqoları bir-bir aşdığını bildirib:

"Embarqoları bir-bir aşırıq! Xaricdən alınarkən embarqoya məruz qalan Helikopter Tutma və Transfer Sistemi ilk dəfə yerli imkanlarla inkişaf etdirildi".

Türkiyəli nazir qeyd edib ki, sistem helikopterlərin təhlükəsiz şəkildə gəmiyə enməsinə, stabilləşməsinə və anqara yedəklənməsinə imkan verəcək.

Bu il istifadəyə veriləcək milli freqat "İstanbul" ilə ilk missiyasına başlayacaq sistem inventara daxil olacaq yeni gəmilərdə də öz yerini alacaq.

Musavat.com Helikopter Yakalama və Transfer Sisteminin görüntülərini təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR