İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə dünyaya MEYDAN OXUYUR: "Yalvarsalar da, qəbul etmirik!"

Türkiyə Müdafiə Sənayesi naziri İsmail Demir Türkiyənin müdafiə istehsalında gəldiyi nöqtə və son inkişaflarla bağlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, nazir 2000-dən çox şirkətinlə çalışan müdafiə sənayesinin ölkə iqtisadiyyatına ən çox töhfə verən sektorlardan biri olduğunu bildirib.

Sənayenin təxminən 750 layihə ilə 10 milyard dollardan çox dövriyyəyə malik olduğunu açıqlayan Demir 2022-ci ilin 4,4 milyard dollarlıq ixracatla bağlandığını xatırladıb. O, yeni hədəfin 6 milyard dolların üzərində olduğuna işarə edib.

650x344-ismail-demir-kimdir-savunma-sanayi-baskani-ismail-demir-kac-yasinda-nereli-1607971930041.jpg (31 KB)

2022-ci ilin reallaşmalarını və 2023-cü ilin hədəflərini açıqlayan türkiyəli nazir diqqətçəkən məqamlara toxunub:

"Embarqolar davam edəcək. Bəzi məsələlərdə bir qədər yumşalma var, amma artıq buna əhəmiyyət vermirik. Biz heç bir kritik və strateji məhsulumuz üçün xarici mənbələrdən asılı olmağı qəbul etmirik. Qayıdıb bizə vermək üçün yalvarsalar da, istəmirik. Bu məsələlərlə bağlı dərsimizi aldıq. Yerli istehsalda dayanmadan yolumuza davam edəcəyik. Biz yerli istehsalımız baxımından qarşımızda duran mümkün məqamları müəyyənləşdirməyə və lazımi addımları atmağa çalışırıq".

İsmail Demir F35 ilə bağlı müzakirələrin davam etdiyini bildirib:

63b9dac14e3fe0253443deba.jpg (55 KB)

"Biz prosesi izləyirik və lazımi addımları atacağıq. F16-ya gəlincə, SSB olaraq biz CAATSA (“Countering America's Adversaries Through Sanctions Act”) sanksiyalarına görə masa arxasında deyilik, lakin müvafiq bölmələrimiz prosesi idarə edir. Hazırda biz əlimizdə olan F16-ların fərdiləşdirilməsinə və modernləşdirilməsinə diqqət yetiririk. Burada heç bir tərəddüdümüz yoxdur. Tam güclə davam edəcəyik".

Müdafiə Sənayesi naziri bu il Türkiyənin milli döyüş təyyarənin dünyaya nümayiş etdiriləcəyini də bəyan edib:

"Hürjet və TB3 PUA ilk uçuşunu edəcək. Bayraktarın "Kızılelma"sı da ilk uçuşunu gözləniləndən tez etdi. İndi manevr sınaqları və sursat inteqrasiyası keçiriləcək. Bu mənada bu il çox sayda rekord qıracağıq. Bundan əlavə, KILIÇSAT Cube Peyki və İMECE Yer Müşahidə Peyki kosmosa buraxılacaq. Həmçinin, Siper, Bozdoğan, Gökdoğan, Gökdeniz, Karaok, Şimşək və Akyada raket sistemlərimizin ilk tədarükü və kütləvi istehsalına başlanacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR