İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə daha bir şirkətdən maye qaz alacaq – Müqavilədə nələr var?

Türkiyənin “Botaş” dövlət şirkəti Shell şirkəti ilə ildə 4 milyard kubmetr həcmində mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair uzunmüddətli müqavilə imzalayıb.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, çatdırılmalar 2027-ci ildə başlayacaq, müqavilənin müddəti göstərilmir.

“Financial Times” qəzeti imzalanmada iştirak edən Türkiyənin energetika naziri Alparslan Bayraktara istinadən yazır ki, müqavilə müddəti 10 ildir, 2027-ci ildən Shell Türkiyə dövlətinə hər il təxminən 2,9 milyon ton (4 milyard kubmetr) LNG tədarük edəcək. Bu, ölkənin 2023-cü ildəki ümumi qaz istehlakının təxminən 8 faizinə uyğundur.

Müqavilə LNG-nin Türkiyədən kənarda yerləşən Avropa terminallarına yönləndirilməsi imkanını da nəzərdə tutur.

Razılaşma Botaş-ın beynəlxalq qaz ticarətində daha fəal rol oynamağı planlaşdırdığını göstərir. FT qeyd edir ki, əvvəllər şirkət əsasən daxili istehlak üçün bu enerjidaşıyıcısının idxalı ilə məşğul olub.

Bu ilin may ayında Botaş həmçinin ExxonMobil Corp. ilə əməkdaşlıq müqaviləsi imzalayıb və bu müqaviləyə əsasən, ildə 2,5 milyon ton LNG qəbul edilməsi planlaşdırılır.
Botaş-ın press-relizində nazirdən sitat gətirilib: “Qara dənizdə qaz yatağı kəşf edilənə qədər 99 faizini idxal etdiyimiz təbii qaz üçün məqsədimiz tədarükləri diversifikasiya etmək, vətəndaşlarımız və sənayemizə daha rəqabətqabiliyyətli qaz təklif etməkdir. Buna nail olmaq üçün infrastrukturumuzu beynəlxalq qaz kəmərləri, LNG terminalları və yeraltı qaz anbarları ilə gücləndirdik”.

Məlumatda qeyd edilib ki, saziş Botaş-a LNG tutumunu artırmağa, terminal və boru kəmərlərindən Türkiyənin qaz ehtiyatlarını şaxələndirmək və böyük regional qaz mərkəzinə çevrilmək səylərini dəstəkləmək üçün istifadə etməyə imkan verəcək.

Botaş boru kəməri qazını Rusiya, Azərbaycan və İrandan, LNG-ni isə ABŞ və Əlcəzairdən idxal edir.

2023-cü ildə respublikada Sakarya dərinsulu Qara dəniz yatağı istismara verilib. 2024-cü ilin iyun ayında Türkiyə yataqdan gündə 6,4 milyon kubmetr hasil edib. Bu, bir il əvvəlkindən beş dəfə çoxdur.

Türkiyə daxili tələbatı (ildə təxminən 50 milyard kubmetr qaz) qarşılamaq üçün demək olar ki, tamamilə idxaldan asılı olsa da, regional qaz mərkəzinə çevrilməyə çalışır. Ötən il ölkə Rumıniya, Moldova və Macarıstanla bir neçə kiçik həcmli ixrac müqaviləsi imzalayıb.

Bayraktar daha əvvəl demişdi ki, Türkiyə hazırda qonşu İran vasitəsilə svop yolu ilə Türkmənistandan qaz idxalı imkanlarını da araşdırır, lakin hələlik bununla bağlı heç bir sənəd imzalanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR