Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb.
"ABŞ-ın yeni administrasiyasının sionist rəhbərliyin təzyiqi altında Qəzza ilə bağlı irəli sürdüyü təklifləri müzakirə etməyi belə lazım bilmirik. Qəzza sakinlərini min illərdir yaşadıqları tarixi torpaqlardan heç kim çıxara bilməz. Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds Fələstin torpaqlarıdır və fələstinlilərə məxsusdur," – deyə Ərdoğan bildirib.
Musavat.com xəbər verir ki, Türkiyə lideri İsrailin maneələrinə baxmayaraq, əsir və məhbusların mübadiləsinin davam etdiyini vurğulayıb və HƏMAS-ın verdiyi sözə sadiq qalmasından məmnun olduqlarını qeyd edib.
Ərdoğan Ukraynada sülhün hələ də mümkün olduğuna inandığını və Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan gələn siqnalları müsbət qiymətləndirdiyini bildirib.
O, həmçinin Suriyada terror təşkilatlarının yerinin olmadığını vurğulayaraq, hazırkı mübarizənin məhz terrorçulara qarşı aparıldığını qeyd edib. Ərdoğan Suriya Prezidenti Əş-Şaranın müdrik rəhbərliyi altında ölkənin tezliklə sabitliyə qovuşacağına inandıqlarını bildirib.
Musavat.com
10 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ