İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ABŞ-a MÜHÜM MESAJ verdi - Mümkün deyil!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, görüşdən əvvəl Blinken ölkəsinin Türkiyə və Suriyadakı zəlzələ fəlakəti üçün əlavə 100 milyon dollar yardım edəcəyini açıqlayıb. ABŞ-ın açıqladığı dəstəyin ümumi məbləği 185 milyon dollara çatıb.

Çavuşoğlu görüşdə ABŞ-ın Suriyadakı öhdəliklərini xatırladıb, İŞİD-ə qarşı PKK/YPG kimi terror təşkilatı ilə əməkdaşlıq etməyin düzgün olmadığını bildirib.

Türkiyəli nazir ABŞ-dan F-16-ların şərtlərlə alınmasının mümkün olmadığını da bildirib.

541.png (537 KB)

Blinken Bayden administrasiyasının F-16-ların modernləşdirilməsi və satışında Türkiyəyə güclü dəstək verdiyini ifadə edib: “NATO müttəfiqi və dost ölkə olaraq milli maraqlarımız və dövlətlərin maraqları baxımından Türkiyənin ən yüksək səviyyədə fəaliyyət göstərməsini hədəfləyirik”.

Çavuşoğlu bildirib ki, Türkiyənin F-35 proqramından çıxarılması birtərəfli qərar idi.

"Ona görə də 1,4 milyard dollarlıq bir məbləğ ödədik. Türkiyə bu proqramda olmadığı üçün ödədiyimiz pulun geri qaytarılmasını gözləmək bizim ən təbii haqqımızdır".

Blinken ABŞ-ın terror təşkilatı YPG/PKK-ya dəstəyi ilə bağlı məsələyə belə münasibət bildirib: “Türkiyənin cənub sərhədi ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR