Onlayn ictimai-siyasi qəzet
Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun məhkəmə qərarına qarşı keçirilən etiraz aksiyalarında həbs olunan gənclərə dəstək olub.
Musavat.com bildirir ki, 80 yaşlı aktrisa sosial media hesabında qeyd edib:
"Sənətçi sual verər, sorğulayar. Hər şeyi tənqid etmək və daha yaxşısını istəmək onların təbiətində var – ölkələrini aydınlıq bir gələcəyə daşımaq üçün məsuliyyət götürərlər, topluma ayna tutarlar. Əslində hamımız eyni şeyi istəyirik: daha gözəl, daha yaşanılası bir vətən. Bunun üçün düşüncə və ifadə azadlığı olmazsa olmazımızdır. Demokratik bir ölkə bizim vazkeçilməzimizdir."
Xalidə Gəray,
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ