İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk televiziya tarixində ilk – kanallar ortaq yayım edəcək

Türkiyədə özəl kanallar yaxın günlərdə ortaq yayım həyata keçirəcək.

Musavat.com xəbər verir ki, ötən gün Star TV zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün hərəkətə keçib.

Show TV rəhbərliyi də yardım üçün səfərbər olub. Bundan sonra kanallar ayrı-ayrı yardım etmək əvəzinə bir araya gəlməyi qərar alıblar. Belə ki, yaxın günlərdə televiziya tarixində ilk dəfə olaraq böyük bir yardım kampaniyası həyata keçiriləcək. Kanalların tanınmış simalarının iştirakı ilə demək olar ki, bütün kanallar- Star TV, Show TV, FOX, ATV və Kanal D eyni anda zəlzələdən zərər çəkənlər üçün yardım toplayacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR