Onlayn ictimai-siyasi qəzet
“Real TV”nin canlı efirində aparıcı Simnarə Həmidqızının təqdimatında “Orta gün” proqramı yayımlanır.
Musavat.com xəbər verir ki, verilişin qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və millət vəkili Hikmət Babaoğludur.
Proqramda oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Sammitinin önəmindən danışılır.
Verilişi təqdim edirik:
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev da Azərbaycana səfər edəcək.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ