Onlayn ictimai-siyasi qəzet
Fransanın ultra-sağçı qüvvələrinin lideri və Milli Birlik Partiyasının sədri Marin Le Pen baş nazir Sebastyan Lekornyunun hökuməti elan etdikdən bir neçə saat sonra istefa verməsinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsinə çağırıb.
“Parlamentin buraxılması tamamilə zəruridir”, - deyə Le Pen bəyan edib.
Siyasətçi əlavə edib ki, prezident Emmanuel Makron üçün ən “müdrik addım” istefa vermək olardı, baxmayaraq ki, Makron daha əvvəl bu ehtimalı açıq şəkildə istisna edib.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ