İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk iş adamı və Sərvər Bəşirli məşhur "Jiquli"nin yanında - FOTO

Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli iş adamı Sebahettin Civelek Sərvər Bəşirliyə ev tikmək üçün onu və ailəsini ziyarət edib.

Görüş zamanı Sebahettin Civelek və Sərvər Bəşirli Türkiyənin və Azərbaycanın gündəmini zəbt edən
köhnə "VAZ-2107"i ilə foto çəkdirib.

Sərvər Bəşirli qeyd edib ki, Türkiyəni və Azərbaycanı göz yaşlarına boğan məşhur fotodan sonra həmin avtomobili baha qiymətə satmaq üçün çox sayda təklif alıb:

WhatsApp Image 2023-03-02 at 17.57.43 (1).jpeg (106 KB)

"Bu avtomobil mənim üçün çox əzizdir, satmağı heç vaxt fikirləşmirəm. Onu nə vaxtsa muzeyə verməyi düşünürəm".

Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən iş adamı Sebahettin Civelek məşhur "Jiquli"nin çox dəyərli olduğunu qeyd edib:

"Bu avtomobilin dəyəri misilsizdir. Mən həmin məşhur fotonu, videoları görəndə öz-özümə dedim ki, bu insanın necə gözəl ruhu var, necə can-başla yardıma qaçdı. Nənəsinin yatağından o yorğanları götürüb, yardıma tələsirdi. Bütün bunları görüb, çox təsirləndim".

WhatsApp Image 2023-03-02 at 18.03.30.jpeg (90 KB)

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu həm yeni avtomobilə, həm də yeni tikiləcək evə görə dostu, ülküdaşı Səbahəddin Civelek bəyə təşəkkürünü bildirib:

"Səbahəddin bəyin ürəyi türk dünyası ilə döyünür. Onun türklük uğrunda etdiyi fədakarlıqları saysam, bitməz".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR