İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müşaviri Hindistanı Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə ittiham etdi

ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Miller Hindistanın Rusiya neftini almaqla Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə şərait yaratdığını bildirib.

Musavat.com xəbər verir ki, Miller bu fikirləri ABŞ mediasına açıqlamasında səsləndirib. O qeyd edib ki, Tramp Hindistanın bu siyasətini açıq şəkildə tənqid edir və bu yanaşmanın qəbuledilməz olduğunu bəyan edib:

“Tramp çox açıq şəkildə dedi ki, Hindistanın Rusiya neftini almaqla bu müharibəni maliyyələşdirməyə davam etməsi qəbuledilməzdir. İnsanlar şoka düşəcəklər ki, Hindistan Rusiya neftini, demək olar ki, Çinlə eyni səviyyədə alır. Bu, inanılmaz faktdır”, – deyə Miller vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR