Onlayn ictimai-siyasi qəzet
“Bizim özümüzün intellektual kapitalımız, gücümüz var. İntellektual kapitalı olan bir millətə heç bir yad qüvvə təsir edə bilməz. Buna gücləri yetməz”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitində çıxışı zamanı Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova deyib.
O bildirib ki, Qarabağ yenidən əzəli sahiblərinə qayıtdı, düşmən tapdağında qalmadı:
“Çünki bu torpaqlar əzəldən Azərbaycanın olub. Bu torpaqlar uğrunda qan, can qoyulub. Heç kim işğal edə bilməz. Bu gün Türk dünyası olaraq biz bir yerdəyik. Bundan sonrakı nəsillər də bu ideyanı davam etdirəcəklər. Yaşasın Türk dünyası”.
Daha ətraflı videoda:
Musavat.com
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ