İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Akademiyasının azərbaycanlı vitse-prezidenti Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib

Beynəlxalq Türk Akademiyasının azərbaycanlı vitse-prezidenti Füzuli Məcidli Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib. Mükafatı Qazaxıstan xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev təqdim edib.

Bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Dostluq” ordeni Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafına verdiyi töhfəyə, fəal ictimai fəaliyyətinə, habelə xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə verilir.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının yaradılması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatının) 2009-cu il Naxçıvan Sammitində qərarlaşdırılıb və 2010-cu il mayın 25-də Qazaxıstanda fəaliyyətə başlayıb. Akademiyaya üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan müşahidəçi statusuna malikdir. Beynəlxalq təşkilatın baş qərargahı Nur-Sultan şəhərində yerləşir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR