İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan İbrahimov çaş-baş TV rəhbərlərindən, “sürünən” kanallardan danışdı

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Musavat.com xəbər verir ki, verilişin budəfəki sayının qonağı Baku TV-nin Qərbi Azərbaycan departamentinin rəhbəri, teleaparıcı Turan İbrahimov olub.

Jurnalist Azərbaycanda televiziya aparıcılarının tez-tez tənqid olunmasına münasibət bildirib:

“Bəzi həmkarlarımın söyülməyə, tənqid edilməyə qarşı immuniteti yaranıb. Mən 27 yaşımda bunları nəzərə alaraq başqa bir istiqamət seçdim”.

Televiziya kanallarının gələcəyindən də danışan T.İbrahimovun sözlərinə görə, özəl televiziyalar gəlir əldə etmək baxımından yaxşı vəziyyətdə deyillər:

“Biri, ya ikisi özünü dolandıra, təsisçisinə yaxşı pul qazandıra bilər. Qalanları hansısa formada sürünürlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR