İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı ilə qaynar gündəm: Qarabağda xain “rus icması” planı işə düşdü - CANLI

Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazimizdən ərazi bütövlüyümüzə təhdid xarakterli siqnallar gəlməyə davam edir. Söhbət bu dəfə də Rusiyanın Azərbaycana qarşı əsla xoş niyyətindən qaynaqlanmayan “Rus icması” projesi və onun ətrafında cərəyan edən proseslərdən, olaylardan gedir.

Məsələn, erməni saytı Novostink.ru iki gün öncə bu xüsusda yazır: “Uzun illərdən sonra ilk dəfə pravoslav keşişi Boris Qrişin sülhməramlı kontingentlə birlikdə bölgəyə gəlib. Boris Ata Qarabağ torpağında pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus İcması nəzdində “bazar günü məktəbi” təsis edib. Məhz Boris Ata İsa Məsihin Doğuşu şərəfinə Qarabağda yüz ildən artıq müddətdə ilk rus pravoslav kilsəsinin tikintisinin təşəbbüskarı olub”.

Qondarma “Rus icması”nın rəhbəri, Rusiya məxfi xidmətinin əməkdaşı olduğu çoxdan məlum olan, kökəncə erməni Aleksandr Bordov isə deyib: “Qarabağ tarixən ruslar üçün doğma diyardır, 1804-1813-cü illər Rusiya-Fars müharibəsi zamanı bu torpaqları azad edən əcdadlarımız burada dəfn olunub”.

Diqqət edin Bordov Qarabağ xanlığının Rusiya tərəfindən işğalını “işğaldan azad olunma” kimi təqdim edir. Daşdan keçən tarixi arxiv sənədləri ortada ola-ola! Sanki Qarabağ xanlığı XVIII əsrədək də Rusiya torpağı imiş! Yəni saxta “Rus icması”nın rəhbəri ən yaxın tarixi belə saxtalaşdırmaqdan çəkinmir.

Erməni mediası həmçinin yazır: “Qeyd etmək lazımdır ki, sülhməramlı qüvvələr və rus icması Dağlıq Qarabağda yaşayan slavyanların və Rusiya vətəndaşlarının kimliyinin qorunub saxlanılmasına, rus mədəniyyətinin və pravoslav ənənəsinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra mədəni-maarifləndirmə tədbirləri də keçirib. Onu da əlavə edək ki, tezliklə Qarabağ tarixində ilk dəfə olaraq Stepanakertdə (Xankəndi – red.) təsisçisi Rus İcmasının rəhbəri Aleksandr Bordov olan Rus Dram Teatrı fəaliyyətə başlayacaq”.

Rus icmasının faktiki mövcud olmadığı Qarabağda Rus Dram Teatrı, “bazar günü məktəbi”, daha nələr...

Göründüyü kimi, Rusiya tərəfi hər şey qırağa, prezident V.Putinin imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsinə ziddi olaraq və ölkəmizin ərazi bütövlüyünə qarşı qəsd xarakterli “Qarabağ Rus İcması” layihəsini irəli aparmaqda israrlıdır. Bordovun özünün isə heç şübhəsiz, nə Moskva Bəyannaməsindən xəbəri var, nə də Şuşa Bəyannaməsindən. O zaman baş verənlərə rəsmi Bakının reaksiyası nə olacaq?

TVMusavat-ın saat 12:00-da “Həftə içi” verilişində Ağ Partiya başqanı Tural Abbaslı ilə “rus icması”nı müzakirə edirik. Müzakirəyə tamaşaçılar da qatıla bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR