İnsanlara hürriyət, millətlərə istiqlal!

Tünzalə qalmaqallı hadisədən danışdı: "Vasif əlimdən mikrofonu almaq istədi"

"Özüm də bilmədən o müğənniyə qara PR düzəltdim"

Bu sözləri "Pərvizə görə" verilişinə qonaq olan Xalq artisti Tünzalə Ağayeva deyib.

Sənətçi illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə viral olan videosundan danışıb.

"O sözü dediyim üçün peşman olmamışdım, çünki niyyətim o deyildi. Vasif bizim sənət dostlarımızdan biridir, Allah ona can sağlığı versin. Heç özüm də bilmədən ona qara PR düzəltdim. O, gözləmədiyim anda əl uzatdı ki, mikrofonunu ver.

Ay qardaşım, oxuyaram da, səbrli ol, gözlə. Əslində onun öz mikrofonu var idi, necə oldusa, Vasifə vergi verildi, ilhamlandı, əlimdən mikrofonu almaq istədi. Mən də cümləni uzun deməmək üçün qısaltdım. Demək istəyirdim ki, Vasif, sən bunu hələ oxumayacaqsan. Belə bir şey demək istəyirdim. Qısaltdım, alındı ki, Vasif sən oxuya bilmirsən. Dilarə oxuyub bitirmişdi, onun tempinin davamı gedirdi. Dilarənin mahnısını 3 dəfə təkrar etdirdim, improvizasiya idi. Çox sağ olsun, xahişimi yerinə yetirdi, 3 dəfə oxudu, onun davamında ifa edəndə o sözləri ora sığışdırdım".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR