İnsanlara hürriyət, millətlərə istiqlal!

Trek velosipedi üzrə dünya reytinq cədvəlində yer alan ilk xanım idmançımız

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib.

Musavat.com xəbər verir ki, dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışda millimizin üzvü uğurlu nəticəyə imza atıb. O, əldə etdiyi nəticələrə əsasən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli idmançı olub.

1cfe854b-b660-4a0d-a016-ee3f4b1f307f.jpg (48 KB)

21 yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCİ-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya reytinq cədvəlində 35 xalla 45-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, velosipedçimiz yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci yerə layiq görülüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR