İnsanlara hürriyət, millətlərə istiqlal!

Transmilli korporasiyalar boykotdan ciddi zərər çəkdi

Müsəlman ölkələrində Qərbin qida və içki brendlərinin boykot edilməsi transmilli korporasiyaların (MNC) gəlirlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti materialla çıxış edib.

Materialda qeyd edilir ki, müsəlman ölkələrində, xüsusən də Misir, İndoneziya, Səudiyyə Ərəbistanı və Pakistanda istehlakçılar Qəzza sektorunda qarşıdurmalarda İsraili dəstəkləmələrinə etiraz olaraq “Coca-Cola”, KFC, “Starbucks”, “Mondelez” və “Pizza Hut” brendlərinin məhsullarından kütləvi şəkildə imtina etməyə başlayıblar.

Qeyd olunur ki, son illərin ən böyük boykotuna çevrilən boykot sosial şəbəkələr vasitəsilə elan edilib və bəzi ölkələrin milli hökumətləri və “Boykot, İnvestisiyaları Çıxarma və Sanksiyalar” (Boycott, Divestment and Sanctions) adlı beynəlxalq ictimai hərəkat tərəfindən dəstəklənir.

Artıq boykotun şirkət gəlirlərinə təsiri nəzərə çarpır. Belə ki, Amerika peçenye istehsalçısı “Mondelez” Yaxın Şərq regionunda faktiki gəlirin 2024-cü ilin birinci yarısında planlaşdırılandan 2 faiz az olduğunu bildirib. İkinci rübdə Fransız kosmetika şirkəti “L'Oreal” da 2 faiz gəlir itkisinə məruz qalıb.

FT qeyd edir ki, əksər beynəlxalq şirkətlər öz mənfəət və zərər hesabatlarında bu mövzuya toxunmamağı seçərək, yalnız “qlobal gərginlik” haqqında ümumi ifadələrlə məhdudlaşırlar. Bəzi analitiklər bunu onunla izah edirlər ki, onların rəhbərliyi bu cür tədbirlərin effektivliyini gizlətmək üçün “problemi gizlətməyə” çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR