Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı diqqətçəkən zarafat edib.
Musavat.com xəbər verir ki, o, Zelenskinin vaxtilə seçkilərin təxirə salınması ilə bağlı qərarına işarə edərək, üç ildən sonra özü də seçkiləri ləğv etməyə “cəhd göstərəcəyini” söyləyib.
Trampın bu sözləri zalda gülüş doğursa da, siyasi müşahidəçilər onun belə zarafatlarının ictimaiyyət tərəfindən bəzən ciddi qəbul edildiyini bildirirlər. ABŞ-da seçkilərin keçirilməsi konstitusiya ilə tənzimlənir və prezidentin onları birtərəfli qaydada ləğv etmək imkanı yoxdur.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ