İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların ev almağı çətinləşdi

Rusiyada ipoteka şərtləri xeyli sərtləşdirilib.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, artıq yeni tikilidən mənzil almaq istəyən vətəndaşın minimum aylıq gəliri 191 min rubl (təxminən 3 400 manat), ikinci əl mənzil üçün isə ən azı 136 min rubl (təxminən 2 400 manat) olmalıdır.

Bu dəyişikliklər bankların borc yükü əmsalı və gəlirə nisbətdə aylıq ödəniş limitlərini artırması ilə bağlıdır. Yeni qaydalara görə, orta aylıq ipoteka ödənişi yeni tikililər üçün təxminən 95 min rubl (1 700 manat), ikinci əl mənzillər üçün isə 65 min rubl (1 160 manat) səviyyəsində müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, ipoteka təsdiqlənmə ehtimalını artırmaq üçün vətəndaşlara bir sıra variantlar təklif olunur:

krediti birgə götürən şəxs (ailə üzvü və ya həyat yoldaşı) əlavə etmək;

ilkin ödənişi artırmaq;

daha münasib qiymətli mənzil seçmək.

Ekspertlərin fikrincə, bu yeni tələblər Rusiya əhalisinin mənzil əldə etmək imkanlarını məhdudlaşdıracaq və ipoteka bazarında durğunluq yarada bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR