Onlayn ictimai-siyasi qəzet
Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.
Məlumata görə, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.
Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.
Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.//Report
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ